Manatın məzənnəsində son 5 ildə ən yüksək hədd - VİDEO

 11:22 24.06.2020     1007

COVID-19 pandemiyası şəraitində manatın real effektiv məzənnəsi son 5 ildə ən yüksək həddə çatıb.

Redaktor.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib. O, son 5 ildə Azərbaycan iqtisadiyyatı ikinci dəfədir ki, xarici şokların təsiri altında tarazlıq səviyyəsini dəyişdiyini bildirib:

“Real effektiv məzənnənin Mərkəzi Bankın uçot dərəcəsi ilə düz mütənasib əlaqəsi var. Sonuncu dəfə Mərkəzi Bank uçot dərəcəsini 7,25 faizdən 7 faizə endirib. Bu qərar da inflyasiyanın, inflyasiya gözləntilərinin azalması və valyuta bazarında stabilliyin davam etməsi üçün qəbul edilib.

Həmçinin, 3,5 milyard manatlıq anti-böhran tədbirlərinin həyata keçirilməsi pul bazasının da may ayında 8,5 faiz genişlənməsinə zəmin yaradıb”.

Daha ətraflı videodan izləyin: