AÇG və “Şahdəniz”dən hasilat və ixrac göstəriciləri açıqlanıb

 10:07 24.06.2020     717

İstismara veriləndən iyunun 1-dək olan dövrdə Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından 537 mln tondan çox neft (kondensatla birlikdə), 295,2 mlrd kubmetr qaz hasil edilib.

Energetika Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, bu yataqlardan 538,6 mln ton neft (kondensatla birlikdə), 82,6 mlrd kubmetr qaz isə ixraca nəql olunub.