BVF neft qiymətləri ilə bağlı proqnozunu artırıb

 19:05 24.06.2020     973

Beynəlxalq Valyuta Fondu (BVF) yeni növ koronavirus pandemiyası ilə əlaqədar olaraq, 2020 və 2021-ci illər üçün neft qiymətləri ilə bağlı proqnozunu müvafiq olaraq 36,18 ABŞ dolları və 37,54 ABŞ dolları səviyyəsinədək artırıb.

Redaktor.az xəbər verir ki, bu barədə BVF-nin çərşənbə günü dərc olunmuş “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” adlı bülletenində deyilir.

Aprel hesabatında BVF bir barel neftin orta qiymətinin bu il 34,80 ABŞ dolları, gələn il isə 36,40 ABŞ dolları olacağını proqnozlaşdırmışdı.

Hesabat müəllifləri qeyd edir ki, neft fyuçerslərinin “əyriliyi” qiymətlərin sonradan 46 ABŞ dollarına qədər yüksəlməsinin gözlənildiyini göstərir, bu isə yenə də 2019-cu ilin orta səviyyəsindən (61,39) təxminən 25% aşağıdır.

Bu tədqiqatdakı hesablamalar üçün göstərici kimi Britaniya, Dubay və Qərbi Texas markalı neft qiymətlərinin orta riyazi dəyəri götürülüb.

Ekspertlər qeyd edirlər ki, neft bazarındakı sabitlik investorların əhvali-ruhiyyəsini qaldırmağa yardım edib. Fond hesab edir ki, aşağı neft qiymətləri zərərli yanacaq subsidiyalarını azaltmaq üçün də imkan yaradır.