Neft yenidən ucuzlaşır

 21:51 24.06.2020     862

ABŞ-ın Energetika Nazirliyinin ölkədə neft ehtiyatı ilə bağlı açıqlamasından sonra “qara qızıl”ın qyməti 4,5 faiz ucuzlaşır.

Redaktor.az xəbər verir ki, bunu hərrac sövdələşmələrinin nəticələri göstərir.

Belə ki, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 4,46% azalaraq 40,73 ABŞ dollar/barelə düşüb. WTI markalı neftin avqust fyuçersləri isə 4,63% azalaraq 38,05 ABŞ dollar/barelə çatıb.