Bağlanmış banklarda krediti olanlara VACİB XƏBƏR

“Bağlanmış banklarda kredit və depozit əvəzləşdirilir”.
Redaktor.az-ın məlumatına görə, bunu Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyev mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu günə kimi belə problemlərlə bağlı agent olan banklara müraciət edilib:
“Təbii ki, məsələ həllini tapıb. Məsələn, bir vətəndaşın bağlanmış bankda 10 min manat depoziti və altı min manat krediti var. Bunlar əvəzləşdirilir. Burada vətəndaşa dörd min manat geri verilir”. //Oxu.az