Neft yenidən bahalaşır

 21:18 25.06.2020     623

Dünya bazarında neftin bir barelinin qiyməti 40 ABŞ dollarından aşağı düşdükdən sonra yenidən artmağa başlayıb.

Redaktor.az xəbər verir ki, Londonun "ICE Futures" birjasında “Brent” markalı neftin avqust fyuçerslərinin bir barelinin qiyməti 0,99% artaraq 40,71 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun “Nymex” əmtəə birjasında WTI markalı neftin avqust fyuçerslərinin bir barelinin qiyməti 0,92% artaraq 38,36 ABŞ dolları olub.