Gənclərinin mikrobiznes təşəbbüslərinə dəstək - FOTOLAR

 12:24 29.06.2020     786

Beynəlalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi "Dayanıqlılıq naminə ictimai fəaliyyət" layihəsi çərçivəsində müxtəlif bölgələrdən olan gənclərin seçilmiş mikrobiznes təşəbbüslərini dəstəkləməkdə davam edir.

Redaktor.az xəbər verir ki, bununla əlaqədar Zaqatala-Balakən bölgəsindən 5 layihə benefisiarı olan şəxsə “Boz Qafqaz” kimi tanınan 20 arı ailəsindən, eləcə də arıçılıq və bal istehsalı üçün lazım olan digər ləvazimat və avadanlıqlardan ibarət arıçılıq fəaliyyətinə dəstək paketi təqdim edilib.

Qeyd edək ki, Zaqatala-Balakən bölgəsi əlverişli təbii şərait, flora müxtəlifliyi və yerli arı cinsinə görə bal istehsalı ilə məşhurdur.

222