ABŞ-ın neft ehtiyatı rekord həddə çatıb

 05:45 30.06.2020     837

ABŞ-da neftin kommersiya ehtiyatları neft məhsullarına tələbatın azalması səbəbindən rekord həddə - 541 milyon barelə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi məlumat yayıb.

Bu göstərici 2017-ci il mart ayının sonunda qeydə alınan əvvəlki rekorddan 5 milyon barel çoxdur.

Bununla belə, ABŞ-dakı anbarların yalnız 62 faizi dolub.