ARDNF valyuta satışını artırıb

 12:59 01.07.2020     851

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən cari ilin iyun ayında satılan vəsaitin həcmi açıqlanıb.

ARDNF-dən Redaktor.az-a verilən məlumata görə, 2020-ci ilin iyun  ayı ərzində ARDNF tərəfindən 373,2  mln. ABŞ dolları məbləğində vəsait satılıb. Bu, cari ilin may ayı ilə müqayisədə 11,7 %, ötən ilin iyun ayı ilə müqayisədə isə 18,1% çoxdur.

Qeyd edək ki, ARDNF tərəfindən 2019-cu ilin yanvar-iyun aylarında 2 643,6  mln. ABŞ dolları məbləğində valyuta satıb.