Azərbaycan əhalisi bu xarici valyutanın alışını azaldıb

 05:19 05.07.2020     867

Bu ilin may ayında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd Rusiya rublu kütləsinin həcmi 167 926,1 min rubl təşkil edib ki, bu da aprel ayı ilə müqayisədə 0,9%, illik müqayisədə isə 43,7% azdır.

Redaktor.az-ın Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, banklar tərəfindən əhaliyə satılan nağd rubl kütləsinin həcmi yanvar-may ayları ərzində 1 472 544 min rubl olub. Bu isə öz növbəsində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,5% artım deməkdir.

Bundan başqa, may ayında ölkə əhalisinin banklara satdığı nağd rubl kütləsinin ümumi həcmi 874 265,9 min rubl təşkil edib ki, bu da aylıq müqayisədə 60,4% çoxdur. Hesabata əsasən, bu ilin ilk beş ayı ərzində əhalinin satdığı nağd rubl kütləsinin həcmi isə 4 851 945,5 min rubl olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,4% azalma olduğunu göstərir. / APA