Ötən ay ölkəyə gətirilən avtomobillərin sayı açıqlandı

 12:09 27.07.2020     376

İyunda Azərbaycana idxal olunan avtomobillərin sayı 3735 ədəd, dəyəri isə 48 milyon 580 min ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən Redaktor.az-a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 5-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 3492-si əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitəsi, 231-i yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 7-si isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.