Neftin qiyməti yenidən uculaşacaq? - "QARA QIZIL"IN QARA GÜNLƏRİ...

 14:52 29.07.2020     1176

“Hazırda netin qiymətinə təsir edən iki mühüm amil var: dolların qiyməti, pandemiyada ikinci dalğanın yaranması.

Neft dollarla satıldığı üçün dünya birjalarında dolların dəyərdən düşməsi qiymətə bir başa təsir göstərir. Yəni, dollar ucuzlaşdıqca, neft bahalaşır”.

Bu sözləri Redaktor.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli neftin qiymətinə təsir edən amillərdən danışarkən deyib. O bildirib ki, dünya birjalarında neftin qiymətinin 50 dollardan yuxarı qalxması gözlənilmir:

“Diqqət etsəniz, hazırda dolların indeksi aşağı düşür, neftin qiyməti qalxır. Hətta “Azeri Light” markalı neftin bir barreli 45 dollardan yuxarı qalxıb. Lakin qiymət hər an yenidən aşağı enə bilər. Çünki dünyada pandemiyanın ikinci dalğasının olacağı ilə bağlı yayılan xəbərlər neftin qiymətinə mənfi şəkildə təsir edir. İqtisadiyyatın daralması məsələsi Avropa və Amerikada yenidən günəmə gəldiyi üçün neftin qiyməti sabitləşmir. Bu səbəbdən son bir həftə ərzində qiymət təxminən 41-44 dollar arasında dəyişir.

Natiq Cəfərli atasına görə üzr istədi: “Bu hərəkətinə görə atamdan ...

Məhz qeyd etdiyim faktorlar qiymətin daha da yuxarı qalxmasına ikman vermir. Əgər yaxın zamanlarda bu iki faktorda bir dəyişiklik olmasa, ikinci dalğanın qarşısı alınmasa və ya iqtisadiyyatın bu dalğadan təsirləri sığortalanmasa, qiymətlər yenidən 30 dollara qədər düşə bilər”.

Mahir Xəttab / Redaktor.az