Naxçıvanda orta aylıq əmək haqqı 18 faiz artıb

 14:58 29.07.2020     899

Bu ilin yanvar-may aylarında Naxçıvan MR-da orta aylıq əməkhaqqının məbləği 520 manat təşkil edib.

Redaktor.az Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2019-cu ilin müvafiq dövründəki göstəricidən 18,2% çoxdur.

Naxçıvanda orta aylıq nominal əməkhaqqının səviyyəsi ölkənin digər iqtisadi rayonları ilə müqayisədə daha yüksək olub.