Dolların sabahkı məzənnəsi açıqlanıb

 17:42 29.07.2020     897

Azərbaycan Mərkəzi Bankı (AMB) dolların iyulun 30-nə olan məzənnəsini açıqlayıb.

"APA-Economics"in AMB-yə istinadən verdiyi məlumata görə, 30.07.2020-ci il tarixindən etibarən Mərkəzi Bank tərəfindən ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.