ABŞ-ın neft ehtiyatları kəskin azalıb

 13:45 30.07.2020     913

Ötən həftənin yekunlarına görə (20-24 iyul), ABŞ-ın kommersiya neft ehtiyatları 10,61 mln. barel azalaraq 525,97 mln. barel təşkil edib.

Redaktor.az-ın məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 0,36 mln. barel artacağını proqnozlaşdırırdı.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.