"Azexport" portalına daxil olan ixrac sifarişləri artıb

 15:59 30.07.2020     772

Bu ilin yanvar-iyun aylarında Azexport.az portalına 319,5 mln. ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

Bu barədə Redaktor.az-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”na istinadən xəbər verir.

Məlumata əsasən, 2020-ci ilin iyun ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 45,6  mln. dollar təşkil edib və ötən ilin müvafiq ayı ilə müqayisədə 10,4% artıb.

“2017-ci ilin yanvar ayından 2020-ci ilin 30 iyun tarixinə kimi (42 ay ərzində) Azexport.az portalına dünyanın 141 ölkəsindən  daxil olan ixrac sifarişlərinin dəyəri 1 904,3  mlrd. dollar təşkil edib”, - İcmalda qeyd edilir. //APA