Azərbaycanda benzinin qiyməti bahalaşdı - SƏBƏB

 18:38 05.08.2020     1826

Bu gün premium markalı yanacağın qiyməti 1 manat 20 qəpikdən 1 manat 25 qəpiyə qaldırılıb.

"SOCAR Petroleum" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Üzeyir Həbibbəyli Redaktor.az-a bildirib ki, premium markalı yanacaq idxal olunan bir yanacaqdır:

"Xarici ölkələrdən, məsələn Rumıniya, Rusiya kimi dövlətlərdən idxal olunur. Bu gün səhər saat 8:00-dan etibarən bu növ yanacağın qiyməti 1 manat 20 qəpikdən 1 manat 25 qəpiyə qaldırılıb (1 litr üçün). Səbəb alış qiymətinin baha olmasıdır. Aldığımız ölkədə alış qiyməti qalxdığına görə, qiymətlərdə dəyişiklik etmək məcburiyyətində qaldıq".

Qurum rəsmisi əlavə edib ki, qiymətin 1.50 manata qalxacağı ilə bağlı heç bir plan yoxdur.

Bu istiqamətlərdə xəttə əlavə ekspres avtobuslar verildi - BNA

 18:56 05.08.2020     1958

Axşam pik saatlarda sərnişin axınını idarə etmək üçün ekspres xətlər üzrə ehtiyyat avtobuslar cəlb edilib.

Redaktor.az-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, avtobuslar əsasən ən çox tələbat olan istiqamətlərdə - metronun “28 May”, “Nizami”, “Elmlər Akademiyası”, “”20 Yanvar” və “İçəri şəhər” stansiyaları istiqamətində toplanılıb. Eyni qayadada səhər pik saatlarında da tələbat olan istiqamətlərdə qabaqlayıcı tədbirlər görülür.