Valyuta hərracında 59 mln. dollar cəlb edib

 13:22 06.08.2020     658

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Redaktor.az xəbər verir ki, hərracda tələb 59,1 mln. ABŞ dolları olub və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (4 avqust 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 7,4% və ya 4,1 mln. dollar artıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.