Mərkəzi Bankın valyuta məzənnələri

 09:18 25.08.2020     130

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.

Redaktor.az-ın məlumatına görə, 2020-ci ilin avqustun 25-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib, 1 avronun məzənnəsi 2,0080 manata yüksəlib, Rusiya rublu  0,0228 manat səviyyəsində qalıb, 1 türk lirəsi 0,2304 manata enib.