"Lifttəmir" 16 milyon manatlıq avadanlıq alacaq

 19:17 27.08.2020     137

Bakı Şəhər İcra Hakimiyyətinin "Lifttəmir" İstehsalat Birliyi paytaxtın dövlət mənzil fonduna aid olan binalarda istismar müddəti başa çatmış liftlərin yenisi ilə əvəz edilməsi üçün lift avadanlıqları dəstinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Redaktor.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi Almaniyanın “Wittur Holding GmbH” şirkətidir. 

Qalib şirkətə 16 331,9 min manat ödəniləcək.