Azərbaycan nefti ucuzlaşıb

 12:11 03.09.2020     156

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1 ABŞ dolları, yaxud 2,18% azalıb.

Redaktor.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 44,92 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.