Azərbaycan qızılgül idxalını azaldıb

 19:11 04.09.2020     450

Bu ilin yanvar-iyun aylarında Azərbaycana buket düzəltmək üçün yararlı və ya dekorativ məqsədlər üçün 1,7 mln. ABŞ dolları dəyərində (2,893 mln. manat) 1 996 830 ədəd kəsilmiş təzə qızılgüllər idxal edilib.

Redaktor.az xəbər verir ki, APA-nın Dövlət Statistika Komitəsinin təqdim etdiyi göstəriciləri əsasında apardığı hesablamalarına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 33,6%, həcm ifadəsində isə 32,2% azdır.

Ən çox kəsilmiş təzə qızılgül Ekvadordan idxal olunub. Hesabat dövründə Azərbaycan bu ölkədən 1 mln. dollar dəyərində 1 176 160 ədəd kəsilmiş təzə qızılgül idxal edib. İdxalda ikinci ən yüksək paya Niderland sahib olub. Bu ölkədən Azərbaycana 261,3 min dollar dəyərində 401 840 ədəd qızılgül ixrac olunub.