“AzerGold” qızıl hasilatını 14 faiz artırıb

Bu ilin yanvar-avqustu aylarında “AzerGold” QSC 39 min 312 unsiya qızıl hasil edib.
Redaktor.az xəbər verir ki, bu, 8 aylıq plandan 4752 unsiya, illik müqayisədə isə 14% çoxdur.
"Bu hasilat göstəriciləri istehsalatda həyata keçirilən optimallaşdırma işləri və müasir texnoloji metodologiyaların tətbiqi sayəsində əldə edilib", - deyə qurum bəyan edib. //Report.az