“Naxçıvan Bank”ın nizamnamə kapitalı artırılıb

 17:58 09.09.2020     154

“Naxçıvan Bank” ASC-nin nizamnamə kapitalı 5,18 milyon manat və yaxud 6,7% artırılıb.

Redaktor.az xəbər verir ki, Bankın kapitalı 77,25 milyon manatdan 82,43 milyon manata çatdırılıb.

Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb, ölkənin yeganə regional bankıdır. Bankın səhmdarları 4 fiziki şəxsdir.