Yaroslavl və Bakı arasında birbaşa aviareys açıla bilər

Rusiyanın Yaroslavl vilayəti Azərbaycanın aparıcı xarici ticarət tərəfdaşlarından biri olmaq potensialına malikdir.
Redaktor.az-ın məlumatına görə, bunu Rusiya Federasiyasının Azərbaycandakı Ticarət Nümayəndəsi Ruslan Mirsayapov deyib.
"Rusiyanın biznes assosiasiyaları və müəssisələri hərtərəfli dəstəyə güvənə bilər. 2020-ci ilin birinci yarısında Yaroslavl vilayətinin Azərbaycana ixracı 9% artıb. Eyni zamanda, Azərbaycan ikitərəfli turizmin inkişafı, müştərək turizm məhsullarının yaradılmasında maraqlıdır. Yaroslavlla Bakı arasında birbaşa uçuşların açılması imkanları nəzərdən keçirilir", - deyə R. Mirsayapov qeyd edib. //APA