UNEC brendi Rusiyada da tanındı

 13:24 11.09.2020     56

Təklif etdiyi təhsil proqramları ilə bir dünya markasına çevrilən UNEC brendi dünya təhsil məkanında mövqeyini gücləndirməkdə davam edir.

Redaktor.az-ın məlumatına görə, belə ki, Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC brendi dünyanın ən böyük dövlətlərindən olan Rusiyanın Əqli Mülkiyyət üzrə Federal Xidmətləri (ROSPATENT) tərəfindən də tanındı.

Əhatə dairəsini gündən-günə genişləndirən UNEC daha öncə Litva, Latviya, Polşa, Slovakiya, Macarıstan, Xorvatiya, Türkiyə və Estoniyada qeydiyyatdan keçmişdir.

Artıq 9 ölkədə tanınan UNEC brendinin digər xarici ölkələrdə də qorunma altına alınması gözlənilir. //Trend