Gürcüstan Azərbaycana siqaret ixracını kəskin azaldıb

 20:47 21.09.2020     277

Bu ilin yanvar-avqust ayları ərzində Gürcüstan Azərbaycana 10 479 min ABŞ dolları dəyərində 407,1 ton siqaret ixrac edib.

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) bildirilib.

Qeyd olunub ki, ixrac edilən məhsulun dəyəri illik müqayisədə 15 627,8 min dollar və ya 2,5 dəfə, həcmi isə 772,2 ton və ya 2,9 dəfə azalıb. Belə ki, 2019-cu ilin ilk səkkiz ayında Gürcüstan Azərbaycana 26 106 min dollar dəyərində 1 179,3 ton siqaret ixrac edib. //APA