Azərbaycan Gürcüstandan dərman idxalını azaldıb

 03:14 24.09.2020     254

Azərbaycan bu ilin ilk 8 ayında Gürcüstandan 353 ton medikament idxal edib.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Dərman preparatlarının dəyəri 9,1 milyon ABŞ dolları təşkil edib. İllik müqayisədə qonşu ölkənin Azərbaycana ixrac etdiyi dərmanların həcmi 169 ton, yaxud 32% azalıb. //Report