Bakının ticarət dövriyyəsi azalıb

 06:15 26.09.2020     236

Bu ilin yanvar-avqust aylarında Bakının ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,9% azalaraq 13 472,8 mln. manat olub.

Redaktor.az xəbər verir ki, Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, ticarət şəbəkəsində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,1% artaraq 6 613,7 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 6,3% azalaraq 6 859,1 mln. manata bərabər olub. İstehlak məhsullarının 31%-i hüquqi şəxs statuslu müəssisələrdə, 46,5%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 22,5%-i isə paytaxtın məhsul bazarlarında satılıb. //APA