AYİB-in yeni prezidenti seçilib

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) İdarə Heyəti fransalı Odile Reno-Basonu bankın növbəti prezidenti vəzifəsinə seçib.
Redaktor.az-ın verdiyi məlumata görə, hazırda Fransa Xəzinəsinin Baş direktoru vəzifəsini icra edən xanım Reno-Baso iki tam dördillik müddətini bitirdikdən sonra iyul ayında vəzifəsindən ayrılan Suma Çakrabartini əvəz edib.
Seçki bu gün AYİB-in pandemiya səbəbindən may ayında təxirə salınmış virtual iclasında keçirilib. Reno-Baso vəzifəsinin icrasına cari ilin sonuna başlayacaq. //APA