İl ərzində emal edilən neftin həcmi AÇIQLANDI / Azərbaycan

 17:45 17.10.2020     101

Azərbaycanda neftin emala təhvili 2020-ci ilin 9 ayında 4 mln 347 min ton təşkil edib.

Redaktor.az xəbər verir ki, bu barədə Energetika Nazirliyinin bu ilin 9 ayında ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 385,9 min ton az olub.

Qeyd edək ki, Azərbaycanda neft emalı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçirilir.