Mərkəzi Bank 758 milyon manat vəsait cəlb edib

 14:42 16.11.2020     674

Azərbaycan Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçirilib.

Redaktor.az-ın Mərkəzi Banka istinadən verdiyi məlumata görə, AMB tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 758,3 milyon manat olub.

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,01 faiz təşkil edib.