Azərbaycan neft məhsullarının ixracını artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 239 095,3 min ABŞ dolları dəyərində 865 858,03 ton neft məhsulları ixrac edib.
Redaktor.az Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2019-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 35% azalıb, həcmi isə 12,7% artıb.
Xatırladaq ki, 2019-cu il ərzində Azərbaycan 462 789,87 min dollar (11,1% azalma) dəyərində 979 717,81 ton neft məhsulları (3,5% azalma) ixrac edib. //APA