İşğaldan azad edilən ərazilərin böyük turizm potensialı - AÇIQLAMA

 23:35 16.11.2020     159

Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərin bir qismi turizmin inkişafı baxımından böyük perspektivə malikdir.  

Bə,s bundan sonra həmin ərazilər yenidən turizm bölgəsinə çevrilə bilərmi?

İqtisadçı Rəşad Həsənov Redaktor.az-a açıqlamasında bildirib ki, həmin ərazilərin turizm üçün çox böyük bir potensialı var.

"Dağlıq Qarabağ və ətraf rayonlarda olan flora-fauna buna böyük şərait yaradır. Həmçinin, o bölgələrin qədim tarixi turizm üçün çox ciddi əsaslar formalaşdırır. Eyni zamanda həmin ərazilərdə, xüsusilə də işğal dövründə, yaxud işğaldan azad etmə zamanı çox ciddi hekayələr formalaşıb. Həmin hekayələri dünya ictimaiyyətinin diqqətinə çatdırmaqla, bu hekayələrin düzgün təqdimatını təşkil etməklə o əraziləri dünyanın çox az saylı məşhur turizm nöqtələrindən birinə çevirə bilərik. Bu potensialdan yararlanmağa ehtiyac var. İlk dövrdən təbii ki, narahatlıqlar olacaq. Dayanıqlı sülhün təmin edilməsi iqtisadi potensialın istismarı baxımdan çox vacib şərtlərdən biridir. Bundan sonra xarici investisiyanın cəlb edilməsi atılan uğurlu addımlardan biri ola bilər".

Şəfəq Samed \ Redaktor.az