Azərbaycana yanvar-oktyabrda bu qədər yeyinti məhsulu idxal edilib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 1.332,904,19 min ABŞ dollarına bərabər olub.
Redaktor.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, cari ilin 10 ayında yeyinti məhsulları üzrə idxalın həcmi ötən ilin analoji dövrünə nisbətən 0,7% azdır.
Ümumiyyətlə, yanvar-oktyabr aylarında qida məhsullarının ümumi ölkə idxalında çəkisi 15,2% təşkil edib.
Hesabat dövründə ölkəyə 65 962,18 min dollar dəyərində 36.163,42 ton ət idxal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq dəyər göstəricisi üzrə 2,8% çox, həcm göstəricisi üzrə isə 13,4% azdır.
Cari ilin yanvar-oktyabr ayları ərzində ölkəyə 13.413,52 min dollar dəyərində (artım 17,6%) 8 304,56 ton (artım 18,6%) süd idxal olunub.
Ölkəyə həmçinin 67 486,56 min dollar dəyərində 13.707,50 ton kərə yağı və süddən hazırlanan digər yağlar idxal olunub ki, bu da müvafiq olaraq 18,6% və 23% çoxdur. //APA