DSMF 1 milyon manatlıq tenderə yekun vurub

 09:57 17.11.2020     45

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) əmək pensiyası, sosial müavinət və ayrı-ayrı kateqoriyalı şəxslərə təyin edilmiş prezidentinin təqaüdü, eləcə də kompensasiya işlərinin mərkəzləşdirilmiş qaydada inventarlaşdırılması, arxivləşdirilməsi, yerləşdirilməsi üçün ofisin icarəyə götürülməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Redaktor.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi Qaze Həsən qizi Həsənovadır.

Qalib şəxsə 993,6 min manat ödəniləcək. //Report