Azərbaycanda 2 yeni BOKT yaradılıb

 18:27 17.11.2020     60

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Optimal Finance" MMC bank olmayan kredit təşkilatını (BOKT) dövlət qeydiyyatına alıb.

Redaktor.az xəbər verir ki, yeni maliyyə qurumunun üquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, 3-cü Yasamal, ev 77, mənzil 134, nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbə uyğun - 300 min manat, qanuni təmsilçisi isə Elçin Əhəd oğlu Əsgərlidir.

Bundan başqa, "Nas Project BOKT" MMC də qeydiyyatdan keçib. Bu kredit təşkilatının hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 105/35, mənzil 56, nizamnamə kapitalı 300 min manat, qanuni təmsilçisi isə Məhəmməd Nizami oğlu Quliyevdir.