“Bitcoin”in qiyməti son 3 ildə ilk dəfə 17 min dolları ötüb

Dünyanın ən yüksək bazar dəyəri olan kriptovalyutası “Bitcoin”in qiyməti 2017-ci ilin dekabrından bəri ilk dəfə 17 min ABŞ dollarını ötüb.
Redaktor.az xəbər verir ki, bu il bazar dəyərini təxminən 2 dəfə artıran “Bitcoin” bu gün New-York fond birjalarında 17.067 ABŞ dollarına satılıb.
Qeyd edək ki, kriptovalyutanın qiyməti 2017-ci ildə 20 min ABŞ dollarına yaxınlaşmış, lakin 1 il ərzində qiyməti 3136 ABŞ dollarına qədər kəskin enmişdi. //Report