"Karantin tədbirləri neft bazarına təsir edir" - Məhəmməd Barkindo

 03:32 19.11.2020     73

Karantin tədbirlərinin yenidən tətbiq olunması və COVID-19-a yoluxma sayındakı artım qlobal neft bazarının balanslaşdırılmasına təsir göstərməkdə davam edəcək.

Redaktor.az xəbər verir ki, bu sözləri OPEC və qeyri-OPEC ölkələri (“OPEC+”) Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) videokonfrans formatında keçirilən 24-cü iclasında OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindo deyib.

 “Fərqli istehsalçılar tərəfindən müxtəlif peyvəndlərin elan edilməsi ümidvericidir. OPEC və OPEC üzvü olmayan ölkələr COVID-19 pandemiyasının qlobal neft bazarına təsirini aradan qaldırmaq üçün bəzi müvəffəqiyyətlər qazanıb. Hazırda daha çox sayıqlıq göstərmək və qlobal neft bazarının davamlı izlənməsini davam etdirmək vacibdir. Qəbul olunan qərarların qlobal neft bazarında davamlı sabitli təmin etməsi üçün bazarın nə tələb etdiyini anlamalı və dəyişən bazar dinamikasına uyğunlaşmağa hazır olmaq lazımdır”, - deyə M.Barkindo bildirib. \\AZƏRTAC