Qızıl və gümüş ucuzlaşıb

 14:56 27.11.2020     315

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Redaktor.az-ın məlumatına görə, noyabrın 27-də qızılın qiyməti noyabrın 26-ı ilə müqayisədə 4,4455 manat (0,14 faiz) azalaraq 1 unsiya üçün 3 072,648 manat təşkil edib.

Gümüş 0,3868 manat (0,97 faiz) ucuzşaraq 1 unsiya üçün 39,4199 manata bərabər olub.

Platinin qiyməti 21,981 manat (1,33 faiz) azalaraq 1 627,614 manat, palladiumun qiyməti 27,37 manat (0,68 faiz) artaraq 4 080,34 manat təşkil edib.

Bir ay ərzində bir unsiya qızıl 170,8075 manat (5,3 faiz) ucuzlaşıb, gümüş 2,2093 manat (5,3 faiz) ucuzlaşıb, platin 130,1775 manat (8,7 faiz) bahalaşıb, palladium 35,785 manat (0,9 faiz) bahalaşıb.

Bir il ərzində isə bir unsiya qızıl 591,9145 manat (23,9 faiz) bahalaşıb, gümüş 10,4799 manat (36,2 faiz) bahalaşıb, platin 90,6525 manat (5,9 faiz) bahalaşıb, palladium 1 011,279 manat (33 faiz) bahalaşıb.