Türkiyədən Azərbaycana dənli və paxlalı bitki ixracı artıb

 01:28 28.11.2020     220

2020-ci ilin yanvar-oktyabr aylarında Türkiyədən Azərbaycana dənli və paxlalı bitkilərin ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 21,76 faiz artaraq 84,056 milyon dollar təşkil edib.

Redaktor.az bildirir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Oktyabr ayında Türkiyədən Azərbaycana dənli və paxlalı bitkilərin ixracı 2019-cu ilin oktyabrı ilə müqayisədə 0,45 faiz artıb və 8,607 milyon dollara bərabər olub.

Yanvar-oktyabr aylarında Türkiyənin dünya bazarlarına dənli və paxlalı bitki ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artaraq 5,921 milyard dollar təşkil edib.

Dənli və paxlalı bitki ixracının Türkiyənin bu müddət ərzində ümumi ixracında payı 4,4 faizə bərabər olub.

Son 12 ay ərzində (oktyabr 2019 - oktyabr 2020) Türkiyə 7,71 milyard dollar məbləğində dənli və paxlalı bitki ixrac edib. //Open.az