Millət vəkili əsəbiləşdi: Əksəriyyəti iflas vəziyyətindədir - CƏRİMƏ

 15:27 21.12.2020     561

Sərt karantin rejimi zamanı daha ciddi itkilər verən sahələrdən biri də sahibkarlıq subyektləridir. 2020-ci ilin sadəcə bir neçə ayını xidmət göstərən kafe-restoran və digər iaşə obyektlərinin sahibləri yerində xidmətin dayandırılmasından və cərimələrin miqdarının artırılmasından xeyli narahatdırlar.

Redaktor.az xəbər verir ki, iqtisadçı Rəşad Həsənov ötən ilin eyni dövrü ilə müqayisədə bu il iaşə dövriyyəsinin təxminən 2.2 dəfə azaldığını bildirib:

"Karantin aylarına baxanda aydın olur ki, müvafiq azalma 4 dəfəyə qədər yüksəlir. İaşə müəssisələri ən yaxşı halda öz güclərinin 25% miqdarını istifadə ediblər. Bu da onlayn xidmətlər üzərindən həyata keçirilib. Bu prosesin davamlılığından asılı olaraq sahibkarlıq subyektlərinin böyük əksəriyyəti sıradan çıxacaq".

Nəzərə alaq ki, sərt karantin müddətində hüquqi şəxslərə tətbiq edilən onlayn xidmət məhdudiyyəti ilə yanaşı, cərimələrin miqdarı da artırılıb.

Bu barədə millət vəkili Fazil Mustafa isə açıqlamasında bildirib ki, nəinki vəzifəli şəxslərə, heç hüquqi şəxslərə qarşı cərimələrin miqdarının artırılmasının faydası olmayacaq:

"Çünki hüquqi şəxslərin böyük əksəriyyəti iflas vəziyyətindədir. Onlar elə bir həddə çatacaqlar ki, bütün obyektlərini bir dəfəlik bağlayacaqlar. Cərimələr artdıqca, həmin sahibkarların xidmətə marağı qalmayacaq".

Şəfəq Samed \ Redaktor.az