Azərbaycanda qaz və işıq pulu ilə bağlı VACİB AÇIQLAMA / BAHALAŞMA?

 15:39 06.01.2021     2564

“Kommunal xidmətlərin maya dəyərinin formalaşmasında yanacağın böyük rolu var. Xüsusilə də dizelin qiymətinin artması, kommunal xidmətlərin qiymətinin artmasına gətirib çıxara bilər”.

Bu sözləri Redaktor.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib. O, növbəti günlərdə təbii qaz və elektirik enerjisinin qiymətində müəyyən artımlar ola biləcəyini bildirib:

“Benzin və dizelin qiymətinin artırılması kommunal xidmətlərə təsir edəcək. Əslində kommunal xidmət sahələrinin əksəriyyəti əvvəlcədən subsidiyalaşdırılır və yaranmış əlavə xərclər zərər formasında müəssisələrin balansına yazılır. Yazılmış zərər də dövlət hesabına ödənir. Təbii ki, əgər hökumət kommunal xidmətlərin qiymətinin artırılması ilə bağlı qərar qəbul etməsə”.

İqtisadçı bəzi sahələrin bir-biri ilə əlaqəli olduğunu bildirib:

“Məsələn, qazın qiymətinin artması aftomatik elektirik enerjisinin də artmasına səbəb olacaq. Çünki Azərbaycanda istehsal edilən elektirik enrjisinin 80-90 faizi məhz qaz enerjisinin çevrilməsi fonunda yaranır. Düşünürəm ki, növbəti mərhələdə təbii qazın və elektirik enerjisinin qiymətinin artması ilə bağlı da qərar qəbul edilə bilər”.

Rəşad Həsənov: “Ciddi daxili islahatlara gediləcəyinə ümid edirəm”

Mahir Xəttab \ Redaktor.az