Bakının ictimai iaşə dövriyyəsi kəskin azalıb

 10:40 11.01.2021     276

Ötən ilin yanvar-noyabr aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 53,1% azalaraq 457,9 mln. manat təşkil edib.

Bakı şəhəri Statistika İdarəsindən Redaktor.az-a verilən məlumata görə, hüquqi şəxslər üzrə dövriyyə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 34,2% azalaraq 293,3 mln. manata bərabər olub.

Qeyd edək ki, azalma koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə paytaxt ərazisində ictimai iaşə obyektlərinin fəaliyyətinə qoyulan məhdudiyyətlər səbəbindən baş verib.

Vumart və Güvən reklamı Vumart Güvən