Bakı üzrə ticarət dövriyyəsi azalıb

 11:06 11.01.2021     188

Ötən ilin yanvar-noyabr aylarında Bakı şəhəri üzrə ticarət dövriyyənin həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,4% azalaraq 19 202,8 mln. manat olub.

Bakı Şəhər Statistika İdarəsindən Redaktor.az-a verilən məlumata görə, ticarət şəbəkəsində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,9% artaraq 9752,9 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 7,9% azalaraq 9 449,9 mln. manata bərabər olub. 

İstehlak məhsullarının 31,4%-i hüquqi şəxs statuslu müəssisələrdə, 51,1%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 17,5%-i isə paytaxtın məhsul bazarlarında satılıb.