ABŞ “Brent”markalı neftin qiymətinə dair proqnozunu artırıb

 23:35 12.01.2021     211

ABŞ-ın Energetika Nazirliyi “Brent” markalı neftin qiymətinə dair 2021-ci il üçün proqnozunu 48,53 ABŞ dollardan 52,7 ABŞ dollaradək artırıb.

Redaktor.az xəbər verir ki, “Brent” markalı neftin qiyməti 2022-ci ildə 53,44 ABŞ dolları səviyyəsində olacaq.

Hesabatda qeyd olunub ki, ABŞ-da 2020-ci ildə hasilatın gündəlik həcmi 11,3 milyon barel olub. 2021-ci ildə isə 11,1 milyon barel həcmində olacağı gözlənilir. //Report