AMB yeni binasının tikintisinə 218 mln. avro ayıracaq

 16:44 13.01.2021     94

Azərbaycan Mərkəzi Bankı (AMB) yeni inzibati binasının tikintisinə 218 mln. avro yönəldəcək. Bina Türkiyənin "Tekfen" şirkəti tərəfindən inşa ediləcək.

Redaktor.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasının açıqlamasında deyilir.

Qeyd olunur ki, AMB-nin yeni inzibati binasının mühəndis, avadanlıq və material təchizatı, həmçinin "açar" təslim-tikinti işləri üzrə keçirilən tenderin qalibi "Tekfen Holding"ə daxil olan "Tekfen İnşaat ve Tesisat A.Ş." şirkəti olub. //APA-Economics