Avropada qaz ucuzlaşmağa başlayıb

 21:15 14.01.2021     54

Avropa qaz bazarında görünməmiş bahalaşmadan sonra qiymətlər əhəmiyyətli dərəcədə azalıb.

Redaktor.az xəbər verir ki, Niderlandın TTF onlayn qaz satışı mərkəzində qazın fevral fyuçersi 12 fevral günü qeydə alınan 28,785 avro/mVt-saat kimi rekord qiymətdən sonra 32 faiz ucuzlaşaraq bu gün 19,65 avro/mVt-saatadək (254 USD/1000 kubmetr) geriləyib.

Bütövlükdə Avropa qaz bazarında yüksək dəyişkənlik müşahidə olunur. Belə ki, qiymətlər 19,65-28,8 avro/mVt-saat arasında dəyişir. Qiymətlərin azalmasında Yaponiya-Koreya bazarlarında LNG qiymətlərinin tarixi maksimumundan sonra azalması, habelə Avropada yanvar ayının ikinci yarısında və fevral ayında gözlənilən havaların isinməsi əsas rol oynayır. //Open.az