Marketlərdə endirim: 2 manat yox, 1.99 qəpik! - VERGİDƏN YAYINMA?

 17:24 19.01.2021     694

Marketlərdə bir sıra məhsulların qiyməti yuvarlaqlaşdırılmadan yazılır. Bu hallara daha çox endirim günlərində rast gəlmək olar. Ehtimal olunur ki, belə rəqəmlər marketi vergidən xilas edir. Bəs 0.99, 1.99 kimi rəqəmlərin verilməsinin əsas səbəbi nədir?

Bu barədə Redaktor.az xəbər verir ki, iqtisad elmləri üzrə fəlsəfə doktoru Elmir Səfərli açıqlamasında deyib ki, bu cür qiymətləndirmə xüsusi marketinq siyasətidir:

"Burada müştəriyə psixoloji qiymət təklif olunur. Tutaq ki bir məhsulun qiyməti 2 manatdır. Ama 1.99 manat qiymət müəyyənləşdirdikdə müştəri 1 rəqəmini görür və düşünür ki, həmin məhsul ucuzdur. Artıq o, psixoloji olaraq rəqəmin davamına baxmır. Çünki ilk təsir edən rəqəm 1 rəqəmidir.

Vergi məsələsinə gəldikdə, qiymətin yuvarlaqlaşdırılmaması marketi məhsul vergisindən azad etmir. Onsuz 2 manat da olsa, 1.99 da olsa, şirkət satış qiymətinə görə vergi ödəyir. Burda şirkətin avantaji sadəcə o ola bilərki, bir qəpik üçün düşən vergi məbləği qədər az vergi ödəniləcək.".

Şəfəq Samed \ Redaktor.az