Ötən il 183 ton yod istehsal edilib

 10:59 23.01.2021     213

Ötən ilin yanvar-dekabr aylarında Azərbaycanda 180 tondan çox yod istehsal edilib.

Redaktor.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat ilində ölkədə 182,8 ton yod istehsal edilib. Bu, ötən illə müqayisədə 3,9% azdır.

Cari ilin yanvarın 1-nə ölkə anbarlarında 26,9 ton hazır məhsul ehtiyatı olub ki, bu da illik ifadədə 71,3% çoxdur.